AZ

Əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı daha bir tədbir keçirilib

ain.az, Azpost saytına istinadən bildirir.

“GÜLSAM” ƏRİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin reabilitasiyasının dəstəklənməsi” “Məhdudiyyətimizə rəğmən istedadımız var” adlı layihəni həyata keçirməkdə davam edir.

Layihənin üçüncü tədbiri Bakı şəhərinin gözəl məkanlarından birində, 02.08.2025-ci il tarixində  baş tutmuşdur. Tədbirdə 7 nəfər əlil iştirakçı öz bacarıqlarını nümayiş etdirdi. Tədbir iştirakçıları arasında musiqiçilər, yazarlar və rəsm bacarığı olan fiziki məhdudiyyətli şəxslər öz çıxışlarını təqdim etdilər.”GÜLSAM” İctimai Birliyinin rəhbəri Gülnarə Səlimova tədbirə qatılanlara təşəkkür edərək, belə müsabiqələrin cəmiyyətin müxtəlif təbəqələri arasında bərabər imkanlar yaratmaq və əlillərin sosial həyatda iştirakını dəstəkləmək baxımından önəmini vurğuladı. Üçüncü mərhələdə iştirakçılardan daha üç nəfər iştirakçı finala vəsiqə qazandı.

“GÜLSAM”ƏRİB-nin ən böyük uğurları tədbirlərdə iştirak edən iştirakçıların sevincləri, üzlərindəki təbəssüm və sonsuz təşəkkürləridir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
azpost.info

3Mənbələr