AZ

"GÜLSAM” İctimai Birliyinin əlilliyi olan şəxslər üçün mühüm tədbiri baş tutdu

“GÜLSAM” ƏRİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin reabilitasiyasının dəstəklənməsi -Məhdudiyyətimizə rəğmən istedadımız var” adlı layihənin üçüncü tədbirini həyata keçirib. 

Sitat.info xəbər verir ki, “GÜLSAM” ƏRİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin reabilitasiyasının dəstəklənməsi- Məhdudiyyətimizə rəğmən istedadımız var” adlı layihəni həyata keçirməkdə davam edir.

Layihənin üçüncü tədbiri Bakı şəhərinin gözəl məkanlarından birində, 02.08.2025-ci il tarixində  baş tutub. Tədbirdə 7 nəfər əlil iştirakçı öz bacarıqlarını nümayiş etdiriblər. Tədbir iştirakçıları arasında musiqiçilər, yazarlar və rəsm bacarığı olan fiziki məhdudiyyətli şəxslər öz çıxışlarını təqdim ediblər.

”GÜLSAM” İctimai Birliyinin rəhbəri Gülnarə Səlimova tədbirə qatılanlara təşəkkür edərək, belə müsabiqələrin cəmiyyətin müxtəlif təbəqələri arasında bərabər imkanlar yaratmaq və əlillərin sosial həyatda iştirakını dəstəkləmək baxımından önəmini vurğulayıb.  Üçüncü mərhələdə iştirakçılardan daha üç nəfər iştirakçı finala vəsiqə qazanıb. 
“GÜLSAM” ƏRİB-nin ən böyük uğurları tədbirlərdə iştirak edən iştirakçıların sevincləri, üzlərindəki təbəssüm və sonsuz təşəkkürləridir.

Seçilən
4
2
sitat.info

3Mənbələr