UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Omoniya” oyununa biletlər satışa çıxarılıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Avqustun 7-də, saat 20:00-da, “Dalğa Arena”da baş tutacaq görüşə biletlərin qiyməti sektorlara uyğun olaraq 1 və 2 manatdır. Biletləri hər gün saat 10:00-dan 21:00-dək “Dalğa Arena”nın kassalarından əldə edə bilərsiniz.