AZ

“Araz-Naxçıvan” - “Omoniya” matçının biletləri satışda

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Omoniya” (Kipr) oyununa biletlər satışa çıxarılıb.

İdman.biz xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq, 1 və 2 manatdır.

Biletləri hər gün saat 10:00-dan 21:00-dək “Liv Bona Dea Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, avqustun 7-də “Liv Bona Dea Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

İdman.biz

Seçilən
3
4
idman.biz

8Mənbələr