Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyi tərəfindən ötən həftə daha 663 şəxs əməkbazarının tələblərinə uyğun peşələr üzrə kurslara cəlb edilib.
Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, onlardan 319 nəfər üçün Agentliyin Bakı, Gəncə,Göyçay və Qarabağ Peşə Hazırlığı mərkəzlərində, 344 nəfər üçün isəözəl tədris müəssisələrində peşə kursları təşkil olunub.
Kurslarda müdavimlərə müvafiq peşələr üzrə nəzəri və praktikibiliklər tədris olunur. Peşə hazırlığının sonunda kursu uğurla başavurmuş şəxslərin işlə təminatına da dəstək göstərilir.
Qeyd edək ki, hazırda Agentlik tərəfindən 175 prioritetistiqamət üzrə peşə hazırlığı kursları təşkil olunur.