AZ

Dövlət Məşğulluq Agentliyi daha 663 nəfəri peşə hazırlığına cəlb edib

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən həftə daha 663 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 319 nəfər üçün agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı mərkəzlərində, 344 nəfər üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.

Kurslarda müdavimlərə müvafiq peşələr üzrə nəzəri və praktiki biliklər tədris edilir. Peşə hazırlığının sonunda kursu uğurla başa vurmuş şəxslərin işlə təminatına da dəstək göstərilir.

Qeyd edək ki, hazırda agentlik tərəfindən 175 prioritet istiqamət üzrə peşə hazırlığı kursları təşkil olunur.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
8
cebheinfo.az

9Mənbələr