AZ

22 illik müavinini son mənzilə yola sala BİLMƏDİ

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, tanınmış yazıçı, ictimai-siyasi xadim, uzun illər Baş nazirinin müavini vəzifəsində çalışan Elçin Əfəndiyev avqustun 3-də vəfat edib.

Mərhumla vida mərasimi bu gün - 4 avqust tarixində Gənc Tamaşaçılar Teatrında baş tutub.

Vida mərasimində yazıçının ailə üzvləri, dövlət rəsmiləri, mədəniyyət xadimləri iştirak ediblər. Onun cənazəsi böyük izdihamla I Fəxri Xiyabanda torpağa tapşırılıb.

Elçin Əfəndiyev həm də dövlət idarəçiliyindəki fəaliyyəti ilə yadda qalıb. O, 1995-ci ildən 2018-ci ilə qədər Azərbaycanın Baş nazirinin müavini vəzifəsində çalışıb. Bu dövrdə ölkənin sabiq Baş naziri Artur Rasizadə ilə birgə işləyib.

Modern.az xəbər verir ki, Elçin Əfəndiyevin uzunillik həmkarı olan, hazırda ictimai-siyasi həyatda görünməyən sabiq Baş nazir Artur Rasizadə dəfn mərasimində şəxsən iştirak etməyib.

Buna baxmayaraq, mərhuma ehtiram əlaməti olaraq I Fəxri Xiyabana əklil göndərib.

Qeyd edək ki, Artur Rasizadə bu il 90 illik yubileyini qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
modern.az

10Mənbələr