ain.az bildirir, GlobalInfo portalına istinadən.
Xəbər verdiyimiz kimi, tanınmış yazıçı, ictimai-siyasi xadim, uzun illər Baş nazirinin müavini vəzifəsində çalışan Elçin Əfəndiyev avqustun 3-də vəfat edib.
Mərhumla vida mərasimi bu gün – 4 avqust tarixində Gənc Tamaşaçılar Teatrında baş tutub.
Vida mərasimində yazıçının ailə üzvləri, dövlət rəsmiləri, mədəniyyət xadimləri iştirak ediblər. Onun cənazəsi böyük izdihamla I Fəxri Xiyabanda torpağa tapşırılıb.
Elçin Əfəndiyev həm də dövlət idarəçiliyindəki fəaliyyəti ilə yadda qalıb. O, 1995-ci ildən 2018-ci ilə qədər Azərbaycanın Baş nazirinin müavini vəzifəsində çalışıb. Bu dövrdə ölkənin sabiq Baş naziri Artur Rasizadə ilə birgə işləyib.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, Elçin Əfəndiyevin uzunillik həmkarı olan, hazırda ictimai-siyasi həyatda görünməyən sabiq Baş nazir Artur Rasizadə dəfn mərasimində şəxsən iştirak etməyib.
Buna baxmayaraq, mərhuma ehtiram əlaməti olaraq I Fəxri Xiyabana əklil göndərib.
Qeyd edək ki, Artur Rasizadə bu il 90 illik yubileyini qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.