Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Vladimir Putinin bütün çoxsaylı itkilərə və ordusunun çox ləng - qarış-qarış irəliləməsinə baxmayaraq Ukrayna ilə bərabər Rusiyanı da əldən salan işğalçılıq müharibəsini dayandırmaq istəməməsi digər amillərlə yanaşı, onun psixi durumundakı problemlərlə əlaqələndirilir.
“Putinin başında problemlər var”. “AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.
Diplomat fikrini belə izah edib: “Putinin başının içərisinə girmək mümkün deyil, çünki o, xəstədir, pozuqdur və yəqin ki, məntiqsizdir. Amma düşünürəm ki, Putin dünyada ən güclü ordusu olan Amerika Birləşmiş Ştatları ilə qarşıdurma aparmaq istəməzdi”.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.