ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Vladimir Putinin bütün çoxsaylı itkilərə və ordusunun çox ləng - qarış-qarış irəliləməsinə baxmayaraq Ukrayna ilə bərabər Rusiyanı da əldən salan işğalçılıq müharibəsini dayandırmaq istəməməsi digər amillərlə yanaşı, onun psixi durumundakı problemlərlə əlaqələndirilir.
“Putinin başında problemlər var”. Turkustan.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.
Diplomat fikrini belə izah edib: “Putinin başının içərisinə girmək mümkün deyil, çünki o, xəstədir, pozuqdur və yəqin ki, məntiqsizdir. Amma düşünürəm ki, Putin dünyada ən güclü ordusu olan Amerika Birləşmiş Ştatları ilə qarşıdurma aparmaq istəməzdi”. /AzPolitika.info/
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.