AZ

Növbəti mövsüm II Liqada iştirak edəcək klubların sayı müəyyənləşib

Bakı. Trend:

II Liqada 2025-2026-cı illər futbol mövsümündə iştirak edəcəkklubların sayı müəyyənləşib.

Peşəkar Futbol Liqasından Trend-ə verilən məlumata görə, turnir 12 komandanıniştirakı ilə keçiriləcək.

“Qusar” komandası rəsmi müraciətə və dəfələrlə olanxatırlatmalara baxmayaraq, 2025/26-cı il futbol mövsümündəiştirakını təsdiqləmədiyinə görə, eyni zamanda, II Liqanın2024-2025-ci illər mövsümündə komandanın oyunlarında dəfələrlətəkrarlanmış neqativ hallar (sistematik şəkildə Əsasnamətələblərinin pozulması) nəzərə alınaraq, idman prinsipləri rəhbərtutularaq bu komandanı II Liqada ötən il Region Liqasında 3-cü yeritutmuş “Ağstafa Gəncləri” komandası əvəzləyəcək.

Peşəkar Futbol Liqası AFFA ilə məsləhətləşmələrdən sonra RegionLiqasının potensialını, eləcə də komandaların II Liqaya marağınınəzərə alaraq, turnirin formatında dəyişiklik edib. Belə ki,2025/26 mövsümündə II Liqada yarışın qalibi birbaşa 1-ci Liqayayüksələcək, 2-ci yerin sahibi isə I Liqada 9-cu yeri tutmuş komandailə 1 oyundan ibarət pley-off oyununda üz-üzə gələcək. RegionLiqasından isə 2-ci Liqaya 3 komandanın yüksəlmək şansı olacaq.Belə ki, Region Liqasında 1-ci yerin sahibi birbaşa II Liqayavəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri müvafiq olaraq,2-ci Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundanibarət pley-off oyunu keçirəcəklər.

2025-2026-cı illər mövsümü II Liqada turnir 27 turdan ibarətolacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, dahasonra 5 turdan ibarət altılıq sistemində yarışacaqlar.

Məlumat üçün bildirək ki, II Liqa üçün nəzərdə tutulmuş maliyyə12 klub arasında bərabər bölünəcək.

Qeyd edək ki, II Liqada 2025-2026-cı illər mövsümü 6 sentyabrtarixində başlayacaq.

Seçilən
29
26
az.trend.az

10Mənbələr