AZ

II Liqada iştirak edəcək klubların sayı müəyyənləşdi

2-ci Liqada 2025-2026-cı illər futbol mövsümündə iştirak edəcək klubların sayı müəyyənləşib.

Tribunainfo.az  xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Turnir 12 komandanın iştirakı ilə keçiriləcək. “Qusar” komandası rəsmi müraciətə və dəfələrlə olan xatırlatmalara baxmayaraq, 2025/26-cı il futbol mövsümündə iştirakını təsdiqləmədiyinə görə, eyni zamanda, 2-ci Liqanın 2024-2025-ci illər mövsümündə komandanın oyunlarında dəfələrlə təkrarlanmış neqativ hallar (sistematik şəkildə Əsasnamə tələblərinin pozulması) nəzərə alınaraq, idman prinsipləri rəhbər tutularaq bu komandanı 2-ci Liqada ötən il Region Liqasında 3-cü yeri tutmuş “Ağstafa Gəncləri” komandası əvəzləyəcək.

Peşəkar Futbol Liqası AFFA ilə məsləhətləşmələrdən sonra Region Liqasının potensialını, eləcə də komandaların 2-ci Liqaya marağını nəzərə alaraq, turnirin  formatında dəyişiklik edib. Belə ki, 2025/26 mövsümündə 2-ci Liqada yarışın qalibi birbaşa 1-ci Liqaya yüksələcək, 2-ci yerin sahibi isə I Liqada 9-cu yeri tutmuş komanda ilə 1 oyundan ibarət pley-off oyununda üz-üzə gələcək. Region Liqasından isə 2-ci Liqaya 3 komandanın yüksəlmək şansı olacaq. Belə ki, Region Liqasında 1-ci yerin sahibi birbaşa 2-ci Liqaya vəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri müvafiq olaraq, 2-ci Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan ibarət pley-off oyunu keçirəcəklər.

2025-2026-cı illər mövsümü 2-ci Liqada turnir 27 turdan ibarət olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra 5 turdan ibarət altılıq sistemində yarışacaqlar.

Məlumat üçün bildirək ki, 2-ci Liqa üçün nəzərdə tutulmuş maliyyə 12 klub arasında bərabər bölünəcək.

Qeyd edək ki, 2-ci Liqada 2025-2026-cı illər mövsümü 6 sentyabr tarixində başlayacaq.

Seçilən
10
26
tribunainfo.az

10Mənbələr