Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıblar.
Yenisabah.az xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.
Belə ki, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub. Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb. pizza hut
Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./Oxu.az
Telegram kanalımız