Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıblar.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.
Belə ki, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.
Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.
Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib.
Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.