AZ

Qəbələdə dəhşətli qəza- 4-nün vəziyyəti ağırdır

Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.

İNFOAZ.WS-in Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.

Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.

Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
26
infoaz.ws

10Mənbələr