İtaliyanın "Milan" klubu isveçrəli yarımmüdafiəçi Ardun Yaşarinin transferi ilə bağlı Belçikanın "Brügge" klubu ilə razılığa gəlib.
90deqiqe.Az xəbər verir ki, tərəflər transferin şərtləri üzərində tam anlaşma əldə ediblər. Yaşari yaxın günlərdə İtaliyaya yollanacaq və "rossoneri" ilə 2030-cu ilə qədər müqavilə imzalayacaq.
23 yaşlı futbolçunun özü də "Milan"da oynamaq istəyini dəfələrlə bildirib və "Brügge" rəhbərliyindən transferinə icazə verilməsini xahiş edib.
Geridə qalan mövsümdə Yaşari 52 oyunda meydana çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt futbolçunun dəyərini 32 milyon avro olaraq qiymətləndirir.