AZ

Belçika klubunun üzvü “Milan”a keçidin BİR ADDIMLIĞINDA

Ardon Yaşari "Milan"a transfer olmağa çox yaxındır.

Bizim.Media xəbər verir ki, İtaliya klubu 23 yaşlı yarımmüdafiəçinin transferi üçün "Brügge" ilə razılığa gəlib.
 

Hazırda tərəflər yalnız ödəniş şərtlərini dəqiqləşdirmək mərhələsindədir. Yaşarinin "rossoneri" ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.


Qeyd edək ki, Yaşari ötən mövsüm Belçika çempionatında 35 oyun keçirib, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

Seçilən
42
9
bizim.media

10Mənbələr