AZ

“Telefon və planşet körpələrdə ciddi xəstəliklərə yol açır” - Pediatrdan XƏBƏRDARLIQ

Son zamanlarda körpələrdə nitq qüsurları artıb. 3-4 yaşlı körpələr danışmır və yaxud dialoq qurmaqda çətinlik çəkir. Mütəxəssislər hesab edir ki, bu qüsurların əsas səbəbi valideynlərin körpə yaşlarından uşaqlarla doğru-düzgün vaxt keçirməyib onlarda telefon, televizor asılılığı yaratmasıdır.

Halbuki 3 yaşadək uşaqları telefondan, planşetdən uzaq tutmaq lazımdır.

Televizorda isə gündəlik 15 dəqiqə olmaqla cizgi filminə baxa bilərlər. Amma həmin cizgi filminin hansı xarakter daşıdığı önəmlidir. Ona görə də valideyn və ya baxıcının buna diqqət etməsi vacibdir.

Araşdırmalar göstərir ki, artıq beş və yeddi yaş arasındakı uşaqların dörddə biri ağıllı telefona sahibdir.

ABŞ-də bir uşağın ilk telefonunu alma yaşı ortalama 11.6-dır. 10.7 ilə 12.5 yaş arasında telefon sahibliyi sürətlə artır. Ağıllı telefon sahibi olmayan uşaqlar belə tez-tez valideynlərinə məxsus planşet kimi cihazlardan mütəmadi istifadə edirlər.

"Ofcom" tərəfindən yayımlanan hesabatda göstərilir ki, üç-dörd yaş arasındakı uşaqların 90%-i internetdən istifadə edir. Onların 84%-i bunu "YouTube"da video izləmək üçün edir.

Beyin 6 yaşına qədər təsirlərə qarşı həssasdır

Müasir araşdırmalar göstərir ki, altı yaş uşaqların inkişafı üçün kritik bir dövr ola bilər və bu yaşdan əvvəl uşaqlara smartfon kimi ağıllı cihazları vermək tövsiyə edilmir. Altı yaşına qədər uşaqlar ünsiyyət bacarıqlarını inkişaf etdirirlər və bu bacarıqlar üz-üzə qarşılıqlı əlaqə ilə daha yaxşı öyrənilir.

Araşdırmalar göstərir ki, beynin boz maddəsi və beyin hüceyrələrinin sayı 6 yaşdan əvvəl maksimum səviyyəsinə çatır. Bunu nəzərə alan Kanada Pediatriya Cəmiyyəti (CPS) iki yaşından kiçik uşaqların telefon və televizordan uzaq tutulmasını, beş yaşdan kiçik uşaqların isə gündə bir saatdan az ekran qarşısında vaxt keçirməsini tövsiyə edir.

Uşaqların sağlamlığına ciddi ziyan vura bilər

Mövzu ilə bağlı Bizim.Media-ya danışan pediatr Vaqif Qarayev deyir ki, telefon asılılığı son zamanlardan gündəmdən düşmür:

“Əslində dünyanın bütün ölkələrdində uşaqların telefona və planşetə meyli müşahidə olunur. Məsələn, bizdə uşaqlara yox, hətta körpələrə də telefon verilir. Bu isə qəbulolunmazdır. Nəzərə alaq ki, son zamanlar uşaqların nitqində ciddi problemlər var. 3 yaşında uşaq danışa bilmir. Əksər hallarda belə uşaqlara autizm spektri diaqonu qoyuruq. Amma bu hamıya aid edilməməlidir.
 

Uşaq danışmalıdır. Daha doğrusu danışdırılmalıdır ki, nitqi açılsın. Əksər valideynlər deyir ki, “uşaq dediklərimizi başa düşür, amma danışmır”. Əlbəttə ki, uşaq danışmayacaq. Əgər siz saatlarla telefonu ona verirsinizsə, o zaman uşaqda dil hərəkət eləmir.


Dil nitqin icra orqanıdır. Uşaq sizi dinləyir, amma cavab vermir. Çünki fikri telefondadır. Unutmayaq ki, telefon bir şüadır. Uşaqlar da saatlarla telefona yapışırlar. Heç bir məsafə, filan yoxdur. Yapışdırır gözünə və saatlarla ona baxır. Bu həm də uşağın beyninə ağır yükdür. Körpə uşağa telefon vermək düzgün deyil. Bu uşaqların sağlamlığına ciddi zərbə vurur”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
23
7
bizim.media

8Mənbələr