AZ

Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən təlimlərdə iştirak edirlər

Gürcüstanda keçirilən çoxmillətli “Agile Spirit” hərbi təlimi davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri təlimlərdə müşahidəçi qismində iştirak edirlər.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, beynəlxalq təlimə ölkənin Qərb Müdafiə Qüvvələrinin komandanı briqada generalı Koba Qriqoliya və ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının nümayəndəsi polkovnik Uilyam Koks birgə rəhbərlik edirlər.

“Agile Spirit 2025” regionun iki ölkəsində - Gürcüstan və Türkiyədə keçirilir ki, bu da regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.

Seçilən
15
10
azerbaijan-news.az

10Mənbələr