AZ

Hərbçilərimiz  “Agile spirit” təlimində

Gürcüstanda keçirilən çoxmillətli “Agile spirit” hərbi təlimində Azərbaycan  Müdafiə Nazirliyinin yüksək ­rütbəli hərbçiləri müşahidəçi qismində iştirak edirlər.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, beynəlxalq təlimə ölkənin Qərb Müdafiə Qüvvələrinin komandanı, briqada generalı Koba Qriqoliya və ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının nümayəndəsi, polkovnik Uilyam Koks birgə rəhbərlik 
edirlər.

Xatırladaq ki, “Agile spirit 2025” regionun iki ölkəsində – Gürcüstan və Türkiyədə keçirilir ki, bu da regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.

XQ

 

Seçilən
0
3
xalqqazeti.az

10Mənbələr