İran Böyük Britaniyanı qəzəbləndirəcək addım atıb. Buna səbəb rəsmi Tehranın "Taliban" hökumətindən Böyük Britaniya ilə əməkdaşlıq edən əfqanların siyahısını istəməsidir. Bu barədə "The Telegraph" mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, İran tərəfi daha öncə Britaniyanın Müdafiə Nazirliyindən sızdırılmış və onlarla əməkdaşlıq edən əfqanların siyahısını nüvə danışıqlarında təzyiq vasitəsi kimi istifadə etmək üçün "Taliban"dan tələb edib. İranın bu addımı atmasında əsas məqsəd MI6 kəşfiyyat varlıqlarının müəyyənləşdirilməsidir.
Mətləb