AZ

KİV: Taliban İrana Britaniya üçün işləyən agentlərin siyahısını verib

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Taliban İrana Böyük Britaniya üçün işləyən casusların siyahısını verib.

APA xəbər verir ki, “The Telegraph”ın əldə etdiyi məlumata görə, ötən həftə SEPAH rəsmiləri Əfqanıstanın paytaxtı Kabula səfər edib və Taliban hökuməti ilə əməkdaşlıq müzakirə olunub.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Taliban İrana Britaniya casusları barədə məlumatları ötürüb, qarşılığında isə Tehrandan Talibanı rəsmi şəkildə Əfqanıstan hökuməti olaraq tanımaq tələb olunub.

SEPAH İran hökumətini Talibanı tanımağa tələsdirəcəyini öhdəliyə götürüb.

Qəzetin bildirdiyinə görə, İran agentləri həbs edərək Qərb ölkələri ilə danışıqlar zamanı öz mövqeyini gücləndirmək üçün onlardan istifadə edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
3
apa.az

10Mənbələr