AZ

“Taliban” Britaniya üçün çalışan agentlərin siyahısını

“Taliban” Böyük Britaniya üçün çalışan casusların siyahısını İrana verib.

 

Bu barədə “The Telegraph” məlumat yayıb.

 

Məlumata görə, ötən həftə SEPAH rəsmiləri Əfqanıstanın paytaxtı Kabula səfər edib və “Taliban” hökuməti ilə əməkdaşlıq müzakirə olunub.

 

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Taliban” İrana Britaniya casusları barədə məlumatları ötürüb, qarşılığında isə Tehrandan “Taliban”ı rəsmi şəkildə Əfqanıstan hökuməti olaraq tanımaq tələb olunub.

 

SEPAH İran hökumətini “Taliban”ı tanımağa tələsdirəcəyi barədə öhdəlik götürüb.

 

Nəşrin bildirdiyinə görə, İran agentləri həbs edərək, Qərb ölkələri ilə danışıqlar zamanı öz mövqeyini gücləndirmək üçün onlardan istifadə edəcək.

Seçilən
15
3
senzor.az

10Mənbələr