AZ

Ötən ay havanın temperaturu iqlim normasından yuxarı olub - RƏSMİ

2025-ci ilin iyul ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, bölgələrdə isə 41 dərəcəyədək isti olub.

News24.az xəbər verir ki, bunu Report- un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, havanın orta aylıq temperaturu 28 dərəcə isti təşkil edib, bu da iqlim normasından 2 dərəcəyədək yuxarıdır.

Eyni zamanda vurğulanıb ki, son beş ildə iyul ayında havanın orta aylıq temperaturu iqlim normasından 5-8 dərəcə yuxarı olub.


Seçilən
39
23
news24.az

10Mənbələr