AZ

Ötən ay havanın temperaturu iqlim normasından yuxarı olub - Rəsmi

2025-ci ilin iyul ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, bölgələrdə isə 41 dərəcəyədək isti olub...

Poliqon xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, havanın ortaaylıq temperaturu 28 dərəcə isti təşkil edib, bu da iqlim normasından 2 dərəcəyədək yuxarıdır.

Eyni zamanda vurğulanıb ki, son beş ildə iyul ayında havanın ortaaylıq temperaturu iqlim normasından 5-8 dərəcə yuxarı olub.

Poliqon.info

Seçilən
18
23
poliqon.info

10Mənbələr