"Turan Tovuz" bu gün Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxacaq.
QOL.az xəbər verir ki, Kurban Berdıyevin komandası Mərakeş təmsilçisi “Vidad”la üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Turan Tovuz” bunadək “Çorum” və “Keçiörengücü” ilə (hər ikisi Türkiyə) heç-heçə edib – 1:1, 0:0, “Flamurtari”yə (Albaniya) uduzub - 0:1.