"Turan Tovuz" Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama matçını keçirib.
Axar.az xəbər verir ki, Tovuz təmsilçisi Mərakeş komandası “Vidad”la qarşılaşıb.
Görüş tovuzluların 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, “Turan Tovuz” bunadək “Çorum” və “Keçiörengücü” ilə (hər ikisi Türkiyə) heç-heçə edib – 1:1, 0:0, “Flamurtari”yə (Albaniya) uduzub - 0:1.