AZ

Fransanın aparıcı müdafiə sənayesi şirkətinin gəlirləri azalıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paris, 5 avqust, AZƏRTAC

Fransanın aparıcı müdafiə sənayesi şirkəti “Thales” Paris birjasında 6 faizlik dəyər itkisi ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, “Thales”in səhmlərinin azalması törəmə şirkəti olan “Naval Group”a qarşı həyata keçirilmiş kiberhücum, eyni zamanda, Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqı (Aİ) arasında bağlanmış silah alışına dair siyasi razılaşma ilə əlaqələndirilir.

Qeyd edək ki, Aİ Rusiyanın yaratdığı təhlükə fonunda hərbi büdcəsini əhəmiyyətli dərəcədə artıracağını bəyan edib. Bu, “Thales” kimi şirkətlər üçün müsbət siqnal idi. Lakin Aİ-nin ABŞ-dan silah alacağına dair bəyanatı avropalı istehsalçıların gözləntilərinə mənfi təsir edib.

“Thales” güclü fundamental əsaslara malik olsa da, bu şirkətin qısa müddət ərzində böyük itkilərlə üzləşə biləcəyi istisna deyil.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
3
azertag.az

4Mənbələr