AZ

"Trampın savaşı": Ukrayna münaqişəsində dönüş nöqtəsi yaxınlaşır" - CNN

"ABŞ prezidentinin siyasi manevrləri və nüvə təhdidlərinə cavabı onu münaqişənin əsas fiquruna çevirib..."

ABŞ-da baş verən son hadisələr göstərir ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibə artıq təkcə "Baydenin savaşı" deyil.

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı yazıb.

Kanalın təhlilinə görə, Donald Trampın son qərarları bu münaqişəni birbaşa onun siyasi məsuliyyətinə çevirib. İndi artıq bu, Trampın savaşıdır.

Trampın məsuliyyətdən yayınmaq imkanı qalmayıb

Tramp uzun müddətdir müharibəni Baydenin problemi kimi təqdim etməyə çalışsa da, son iki həftədə atdığı addımlar münaqişəni onun şəxsi məsuliyyətinə çevirib. O, Rusiyanın sülhə maraqlı olmadığını qəbul edib. Ukraynanın silaha ehtiyacını görərək dəstək göstərməyə çalışıb, hətta Medvedevin nüvə təhdidlərinə qarşı ABŞ-ın atom sualtı qayıqlarını Rusiyaya yaxın ərazilərdə yerləşdirməklə cavab verib. Bir neçə həftə öncə Ukraynaya hərbi yardımın dondurulmasından danışan ABŞ indi nüvə təhdidləri səviyyəsinə qədər yüksəlib. Bu, Trampın siyasətində ciddi dönüş nöqtəsidir.

Ən çətin qərar bu həftə verilməlidir

CNN-in məlumatına görə, həftəsonu Trampın qarşısında bəlkə də bu münaqişə boyunca ən mühüm qərar durur. O, ya Rusiyanın enerji istehlakçılarına qarşı sərt sanksiyalar tətbiq edəcək, bu zaman ABŞ və müttəfiqlərinin iqtisadi itkiləri də göz önünə almalı olacaq, ya da Moskvaya göndərdiyi xüsusi nümayəndə Stiv Vitkoff vasitəsilə danışıqlar üçün çıxış yolu axtaracaq. Trampın Putinə birbaşa görüş təklif etməsi belə, onun artıq bu münaqişədə şəxsi iz qoyduğunu təsdiqləyir.

Tramp dünya problemlərindən yayına bilməz

Məqalədə vurğulanır ki, ABŞ prezidentliyi elə bir mövqedir ki, orada lider istədiyi problemi "seçib" üzərinə götürə bilməz. "Amerika hər şeydən əvvəl gəlir" şüarı qlobal məsuliyyətdən imtina üçün kifayət etmir. Əgər Tramp ABŞ-ın dünya arenasındakı rolunu sıfıra endirməyə çalışmırsa, bu da onun siyasi xarakteri ilə ziddiyyət təşkil edir, o zaman qarşısında həmişə qlobal miqyaslı problemlər olacaq.

Bu münaqişə Tramp dövrünün rəmzinə çevrilir

CNN vurğulayır ki, Ukrayna müharibəsi təkcə Trampın prezidentliyi üçün deyil, həm də 11 sentyabrdan sonrakı dövr üçün rəmzi əhəmiyyət daşıyır. Münaqişənin nəticəsi həm Avropanın gələcək təhlükəsizliyini, həm də Çinin növbəti onillikdəki hərbi planlarını müəyyən edəcək. Çin Rusiyanın qələbəsinə ümid edir. Avropa isə bu riskin qarşısını almaq üçün silahlanır. Trampın isə bu geosiyasi reallığı anlayıb-anlamadığı və ən əsası, buna uyğun sərt və nəticəsi olan qərarlar qəbul edib-etməyəcəyi yaxın günlərdə aydın olacaq.

Trampın Kremlə verdiyi son xəbərdarlıq

Növbəti həftə Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi ola bilər. Çünki Trampın Kremlə verdiyi ultimatumun müddəti başa çatır. Hələlik bu xəbərdarlığın real nəticələr doğuracağı bəlli deyil. "Associated Press" yazır ki, bu müddət səs-küysüz də başa çata bilər. Çünki Trampın indiyədək səsləndirdiyi hədələr, təkliflər və təzyiqlər Kremlin mövqeyini dəyişə bilməyib. Amma bir şey dəqiqdir: bu müharibə artıq Trampın məsuliyyətidir.

Seçilən
79
50
moderator.az

10Mənbələr