Azərbaycanın sərbəst güləş üzrə yığması təlim-məşq toplanışı üçün Türkiyənin Kastamonu şəhərinə yollanıb.

Offsideplus.az xəbər verir ki, milli komandamız burada sentyabrda Xorvatiyada keçiriləcək dünya çempionatına hazırlaşacaq. 

Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Təlim-məşq toplanışı avqustun 20-nə qədər davam edəcək.

Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov, Muhəmmədəli Əlizadə (hər ikisi 57 kq), Nürəddin Novruzov, Ceyhun Allahverdiyev (hər ikisi 61 kq), Əli Rəhimzadə, Ruslan Abdullayev, Murad Haqverdiyev (hamısı 65 kq), Kənan Heybətov, Sabir Cəfərov (hər ikisi 70 kq), Turan Bayramov, Maqomed-Başir Xaniyev (hər ikisi 74 kq), Fərid Cabbarov, Cəbrayıl Hacıyev (hər ikisi 79 kq), Arseniy Djioyev, Ali Tsokayev (hər ikisi 86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov, Zəfər Əliyev (hər ikisi 97 kq), Xetaq Karsanov və Giorgi Meşvildişvili (125 kq) toplanışda yer alıb.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız da hazırda Türkiyədə hazırlıq keçir.