Bakı, 5 avqust, AZƏRTAC
Sərbəst güləş üzrə Azərbaycan millisi bu gün Türkiyəyə yollanıb.
Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma avqustun 20-dək Kastamonuda yerli komanda ilə birgə təlim-məşq toplanışı keçəcək. Sentyabrda Xorvatiyada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyan hazırlıq prosesi həm fiziki, həm də taktiki-texniki çalışmaları əhatə edəcək.
Toplanışda İslam Bazarqanov, Muhəmmədəli Əlizadə (hər ikisi 57 kiloqram), Nürəddin Novruzov, Ceyhun Allahverdiyev (hər ikisi 61 kiloqram), Əli Rəhimzadə, Ruslan Abdullayev, Murad Haqverdiyev (hamısı 65 kiloqram), Kənan Heybətov, Sabir Cəfərov (hər ikisi 70 kiloqram), Turan Bayramov, Maqomed-Başir Xaniyev (hər ikisi 74 kiloqram), Fərid Cabbarov, Cəbrayıl Hacıyev (hər ikisi 79 kiloqram), Arseniy Djioyev, Ali Tsokayev (hər ikisi 86 kiloqram), Osman Nurmaqomedov (92 kiloqram), Maqomedxan Maqomedov, Zəfər Əliyev (hər ikisi 97 kiloqram), Xetaq Karsanov və Giorgi Meşvildişvili (125 kiloqram) yer alıb.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə millimiz də dünya çempionatına Türkiyədə hazırlaşır.