AZ

Ayasofya Məscidini yandırmaq istədi GÖRÜNTÜLƏR

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

İstanbul şəhərində yerləşən Ayasofya Məscidini yandırmağa çalışan şəxs həbs edilib.

Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, hadisə ötən ay baş verib.

Cizrə rayonunda qeydiyyatda olan, psixiatrik xəstəxanalarda dəfələrlə müalicə almış M.G. adlı şəxs məscidə daxil olaraq kağızları yandırıb və xalının alışmasına səbəb olub.

Qadın ziyarətçi hadisə barədə məscidin imamı xəbərdar edib, imam isə müdaxilə edərək alovun yayılmasının qarşısını alıb.

Polis tərəfindən saxlanılan şübhəli məhkəmənin qərarı ilə həbs olunub. Rəsmi məlumata görə, hadisə zamanı məscidə ciddi ziyan dəyməyib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
5
icma.az

9Mənbələr