AZ

“Neftin qiyməti daha 10 dollar düşərsə, Putin müharibəni dayandıracaq” Tramp

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp neftin qiymətinin düşməsi davam edərsə, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəyə son qoyacağına inandığını bildirib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə CNBC telekanalında bildirib.

“Əgər enerji qiymətləri kifayət qədər aşağı düşərsə, Putin insanları öldürməyi dayandıracaq. Əgər enerji qiymətləri bir barel üçün daha 10 dollar düşərsə, onun başqa seçimi olmayacaq, çünki iqtisadiyyatı dəhşətli vəziyyətdədir”, - Tramp deyib.

O, həmçinin Rusiya neftini almağa davam edən Hindistana tarifləri qaldıracağına söz verib:

“Biz 25%-lə razılaşdıq, amma düşünürəm ki, mən bu faizi yaxın 24 saat ərzində əhəmiyyətli dərəcədə artıracağam, çünki onlar Rusiya neftini alırlar, müharibə maşınına yanacaq verirlər. Və bunu davam etdirsələr, mən çox narazı olacağam”, - ABŞ prezidenti deyib.

Qeyd edək ki, avqustun 5-də Londonun ICE birjasında “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 1,19% ucuzlaşaraq bir barel üçün 67,94 dollardan aşağı düşüb. “Brent” markalı neftin qiyməti iyulun 28-dən bəri ilk dəfə bir barel üçün 68 dollardan aşağı satılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
3
yeniavaz.com

4Mənbələr