
ABŞ Prezidenti Donald Tramp neftin qiymətinin düşməsi davam edərsə, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəyə son qoyacağına inandığını bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə CNBC telekanalında bildirib.
“Əgər enerji qiymətləri kifayət qədər aşağı düşərsə, Putin insanları öldürməyi dayandıracaq. Əgər enerji qiymətləri bir barel üçün daha 10 dollar düşərsə, onun başqa seçimi olmayacaq, çünki iqtisadiyyatı dəhşətli vəziyyətdədir”, - Tramp deyib.
O, həmçinin Rusiya neftini almağa davam edən Hindistana tarifləri qaldıracağına söz verib:
“Biz 25%-lə razılaşdıq, amma düşünürəm ki, mən bu faizi yaxın 24 saat ərzində əhəmiyyətli dərəcədə artıracağam, çünki onlar Rusiya neftini alırlar, müharibə maşınına yanacaq verirlər. Və bunu davam etdirsələr, mən çox narazı olacağam”, - ABŞ prezidenti deyib.