AZ

Əvəzedicilər Liqasında 2025/26 mövsümünün püşkü atıldı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, bu gün Peşəkar Futbol Liqasının inzibati binasında təşkil edilmiş tədbirdə PFL-in texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, komandaların nümayəndələri iştirak ediblər.

10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək turnirin 1-ci və 19-cu turlarının (3-cü dövrənin) püşkləri atılıb. 16 avqust tarixində start götürəcək yeni mövsümün 1-ci və 19-cu turunda üz-üzə gələcək komandalar aşağıdakı kimidir:

Əvəzedicilər Liqası
1-ci tur

“Qəbələ-2” – “Kəpəz-2”
“Zirə-2” – “Neftçi-2”
“Şamaxı-2” – “Qarabağ-2”
“Sumqayıt-2” – “Araz Naxçıvan-2”
“Sabah-2” – “Turan Tovuz-2”

19-cu tur

“Sabah-2” – “Sumqayıt-2”
“Şamaxı-2” – “Araz Naxçıvan-2”
“Qarabağ-2” – “Neftçi-2”
“Zirə-2” – “Qəbələ-2”
“Turan Tovuz-2” – “Kəpəz-2”

Qeyd edək ki, Əvəzedicilər Liqasında 2025/2026-cı illər mövsümünün tam təqvimi yaxın günlərdə təqdim olunacaq.

Seçilən
28
4
arena.az

10Mənbələr