AZ

Əvəzedicilər liqasında püşkatma mərasimi keçirildi

Bu gün Əvəzedicilər liqasında 2025-26-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında təşkil olunan tədbirdə PFL-in texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, komandaların nümayəndələri iştirak etdilər.

10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək turnirin 1-ci və 19-cu turlarının (3-cü dövrənin) püşkləri atılıb. 16 avqust tarixində start götürəcək yeni mövsümün 1-ci və 19-cu turunda üz-üzə gələcək komandalar aşağıdakı kimidi:

1-ci tur
“Qəbələ-2” – “Kəpəz-2”
“Zirə-2” – “Neftçi-2”
“Şamaxı-2” – “Qarabağ-2”
“Sumqayıt-2” – “Araz Naxçıvan-2”
“Sabah-2” – “Turan Tovuz-2”

19-cu tur
“Sabah-2” – “Sumqayıt-2”
“Şamaxı-2” – “Araz Naxçıvan-2”
“Qarabağ-2” – “Neftçi-2”
“Zirə-2” – “Qəbələ-2”
“Turan Tovuz-2” – “Kəpəz-2”

Seçilən
32
10
football-plus.az

10Mənbələr