AZ

Goranboy sakini Kəlbəcərdə minaya DÜŞDÜ

Kəlbəcərdə mina partlayışı baş verib.

Bakues.az-ın məlumatına görə, hadisə Kəlbəcər rayonunun ərazisində qeydə alınıb.

Belə ki, Goranboy rayonun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E.Tanrıverdiyev rayon ərazisində minaya düşüb və 39 yaşlı kişi xəsarət alıb.

O dərhal xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti normaldır.

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib. E.Tanrıverdiyevin hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
91
4
icma.az

10Mənbələr