Xəbər verdiyimiz kimi, Kəlbəcərdə mina partlayışı baş verib. Hadisə Kəlbəcər rayonunun ərazisində qeydə alınıb.
Belə ki, Goranboy rayonun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E.Tanrıverdiyev rayon ərazisində minaya düşüb və 39 yaşlı kişi xəsarət alıb. O dərhal xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti normaldır.
Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib.
Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, E.Tanrıverdiyevin hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta