"Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Jeton Beqiri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, matçdan sonra mətbuat konfransında bunları deyib:
"Utanılacaq hesabla məğlub olmadıq. Rəqib komanda yalnız 1:0 hesabı ilə öndədir. Bakıda yaxşı nəticə qazanmağa çalışacağıq".
"Şkendiya" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.