AZ

Beqiri: “Qarabağ”a utanılacaq hesabla məğlub olmadıq”

“Şkendiya”nın baş məşqçisi Jeton Beqiri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Şimali Makedoniya və Azərbaycan çempionları arasındakı ilk qarşılaşma bu gün Skopyedə baş tutub.

Oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beqiri matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının məğlubiyyəti barədə bunları söyləyib:

“Utanılacaq hesabla məğlub olmadıq. Rəqib komanda yalnız 1:0 hesabı ilə öndədir. Bakıda yaxşı nəticə qazanmağa çalışacağıq”.

Xatırladaq ki, “Şkendiya” ilə “Qarabağ” arasındakı cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həlledici qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Seçilən
18
3
arena.az

4Mənbələr