“Gözəl oyuna görə futbolçularıma təşəkkür edirəm”. SİA xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandasına 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, komandasının sonadək mübarizə apardığını bildirib: “Düzdür, səhvlərimiz də oldu. Əsasən də texniki səhvləri qeyd edərdim. Rəqib məğlub olmağı sevməyən komandadır. Bundan əvvəl Rumıniya təmsilçisi FCSB-ni məğlub etmişdilər. Bakıdakı oyunda daha diqqətli olmalıyıq”.
Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.