AZ

Pezeşkian Əli Laricanini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi

İran Prezidenti Məsud Pezeşkian Ali Rəhbərin müşaviri Əli Laricanini İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi vəzifəsinə təyin edib.

 

Bu barədə “NourNews” agentliyi məlumat yayıb.

 

Laricani əvvəllər bu vəzifədə olmuş Əli Əkbər Əhmədianı əvəz edib.

 

Xatırladaq ki, Əli Laricani bundan əvvəl İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin müşaviri vəzifəsini tutub.

Seçilən
61
11
senzor.az

10Mənbələr