AZ

İran Milli Təhlükəsizlik Şurasının keçmiş katibinə hökumətdə yeni vəzifə veriləcək

Operativ MM portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Əkbər Əhmədiana hökumətdə vəzifə veriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, hökumət strukturunda yeni müavin vəzifəsi yaradılacaq. İran Prezidenti Məsud Pezeşkianın fərmanına uyğun olaraq Əli Əkbər Əhmədian hökumətdə xüsusi missiyalar üzrə müavin vəzifəsini tutacaq.

Qeyd edək ki, ötən gün İran parlamentinin keçmiş sədri, ali rəhbər ayətullah Seyid Əli Xaməneinin müşaviri Əli Laricani Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub. Bu qurumun sədri Prezident Məsud Pezeşkiandır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
operativmm.az

10Mənbələr