AZ

Hərbçilərimiz Kəlbəcərdə minaya düşdülər:

Kəlbəcər rayonunun Vəng kəndi ərazisində "Ural"markalı avtomobil tank əleyhinə minaya düşüb. 

 

"Unikal"ın məlumatına görə, hadisə zamanı avtomobildə olanlar – 39 yaşlı E.Tanrıverdiyev, 29 yaşlı   N.Nuruyev, 29 yaşlı  M.Qarayev, 42 yaşlı R.İsmayılov və 38 yaşlı E.Əhmədov xəsarət alıblar. 

 

Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım edilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

 

Hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib.

 

Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçidirlər. Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
11
senzor.az

10Mənbələr