AZ

Kəlbəcərdə 5 hərbçi minaya düşdü

Xəbər verdiyimiz kimi, ötən gün Kəlbəcərin Vəng kəndi ərazisində mina partlayıb.

Demokrat.az-ın məlumatına görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Hadisə zamanı "Ural"markalı avtomobil tank əleyhinə minaya düşüb. "Unikal" bildirir ki, bu zaman avtomobildə olanlar - 29 yaşlı  N.Nuruyev, 29 yaşlı  M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər.

Yaralılara dərhal yardım edilib. Hazırda vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hazırda hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçidirlər.

Seçilən
6
11
demokrat.az

10Mənbələr