AZ

Ağ Evdə Tramp-Əliyev-Paşinyan görüşünün anonsu verildi

ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Yenisabah.az "Washington Post"a istinadla xəbər verir ki, bunu 2 yüksək vəzifəli Ağ Ev rəsmisi bildirib.

Bu görüş prezident Trampın beynəlxalq münaqişələrin həllinə vasitəçilik səylərinin növbəti nümunəsidir. Onun məqsədi onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir. Sezar pizza

Rəsmilərdən biri Cümə günü keçiriləcək görüşdə tərəflər arasında sülh razılaşmasının elan olunmasının mümkünlüyünü bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Trampla ayrıca görüşünün keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, hər iki ölkənin liderləri ötən ay Birləşmiş Ərəb Əmirliklərində sülh danışıqları aparıblar.


Telegram kanalımız
Seçilən
19
14
yenisabah.az

10Mənbələr