AZ

Tramp sülh sazişi üçün Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək – TARİX

ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Heftelik.az  xəbər verir ki, bu barədə “The Washinqton Post”  iki yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, bu görüş prezident Trampın beynəlxalq münaqişələrin həllinə vasitəçilik səylərinin növbəti nümunəsidir.

Görüşün məqsədi onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir.

Rəsmilərdən biri cümə günü keçiriləcək görüşdə tərəflər arasında sülh razılaşmasının elan olunmasının mümkünlüyünü bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Trampla ayrıca görüşünün keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, hər iki ölkənin liderləri ötən ay Birləşmiş Ərəb Əmirliklərində sülh danışıqları aparıblar.

Seçilən
17
14
heftelik.az

10Mənbələr