Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan “
“AzerTelecom” şirkətinin Direktorlar şurasının sədri Emil Məsimov və şirkətin rəhbər heyəti tədqiqat işlərini həyata keçirəcək “Türkan” gəmisini ziyarət edərək, gəminin texniki imkanları ilə tanışıb olub və müasir avadanlıqlara baxış keçiriblər.
Emil Məsimov gəmi heyəti və mühəndislərlə görüş zamanı layihənin strateji əhəmiyyətini vurğulayıb: “Transxəzər Fiber-Optik Kabel layihəsi çərçivəsində işlər sürətlə aparılır və dəniz marşrutu tədqiqatını həyata keçirməklə biz layihənin tikintisi üzrə əsas mərhələnin icrasına başlayırıq. Regional rəqəmsal bağlantını gücləndirəcək və Xəzər dənizini qlobal rəqəmsal infrastrukturun vacib hissəsinə çevirəcək layihənin bu mərhələsinin həyata keçirilməsi üçün ən qabaqcıl texnologiyalar və peşəkar mütəxəssislər cəlb olunub. Əminəm ki, həm Azərbaycan, həm də Qazaxıstan tərəfində işlər planlaşdırılan qrafika uyğun olaraq uğurla yekunlaşdırılacaq”.
Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi çərçivəsində Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Planlaşdırılan 400 Tbit/s ötürmə qabiliyyəti ilə bu sualtı rabitə xətti böyük həcmdə məlumat ötürülməsini təmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır. Layihənin icraçıları Azərbaycanın “AzerTelecom” və Qazaxıstanın “Kazakhtelecom” şirkətləridir. Texniki nəzarət və məsləhət dəstəyi ABŞ-nin “Pioneer Consulting” şirkəti tərəfindən təmin edilir.
Transxəzər Fiber-Optik Kabel Xətti müxtəlif ölkələr, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi olan “Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsidir. Bu rəqəmsal infrastruktur məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.
“AzerTelecom” haqqında
“
“Kazakhtelecom” haqqında
“