AZ

Trans-Xəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb (FOTO)

Bakı. Trend:

Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasınınəzərdə tutan “Rəqəmsal İpəkYolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olanTransxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi üzrə dənizmarşrutunun tədqiqatına başlanılıb. Dəniz marşrutunun tədqiqatısahilyanı ərazilərin təhlili və dəniz dibinin detallı araşdırılmasımərhələlərini əhatə edəcək. Tədqiqat strateji əhəmiyyətə maliklayihənin inşası üçün ən qısa, təhlükəsiz və ekoloji cəhətdəndayanıqlı marşrutun müəyyənləşdirilməsinə imkan verəcək. Azərbaycanvə Qazaxıstanda paralel olaraq başlayan tədqiqat işləri dördhəftəyə qədər davam edəcək.

“AzerTelecom” şirkətinin Direktorlar şurasının sədri EmilMəsimov və şirkətin rəhbər heyəti tədqiqat işlərini həyatakeçirəcək “Türkan” gəmisini ziyarət edərək, gəminin texnikiimkanları ilə tanışıb olub və müasir avadanlıqlara baxışkeçiriblər.

Emil Məsimov gəmi heyəti və mühəndislərlə görüş zamanı layihəninstrateji əhəmiyyətini vurğulayıb: “Transxəzər Fiber-Optik Kabellayihəsi çərçivəsində işlər sürətlə aparılır və dəniz marşrututədqiqatını həyata keçirməklə biz layihənin tikintisi üzrə əsasmərhələnin icrasına başlayırıq. Regional rəqəmsal bağlantınıgücləndirəcək və Xəzər dənizini qlobal rəqəmsal infrastrukturunvacib hissəsinə çevirəcək layihənin bu mərhələsinin həyatakeçirilməsi üçün ən qabaqcıl texnologiyalar və peşəkarmütəxəssislər cəlb olunub. Əminəm ki, həm Azərbaycan, həm dəQazaxıstan tərəfində işlər planlaşdırılan qrafika uyğun olaraquğurla yekunlaşdırılacaq”.

Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi çərçivəsindəSumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) arasında Xəzərdənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xəttiçəkiləcək. Planlaşdırılan 400 Tbit/s ötürmə qabiliyyəti ilə busualtı rabitə xətti böyük həcmdə məlumat ötürülməsini təmin edəcək.Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanmasıplanlaşdırılır. Layihənin icraçıları Azərbaycanın “AzerTelecom” vəQazaxıstanın “Kazakhtelecom” şirkətləridir. Texniki nəzarət vəməsləhət dəstəyi ABŞ-nin “Pioneer Consulting” şirkəti tərəfindəntəmin edilir.

Transxəzər Fiber-Optik Kabel Xətti müxtəlif ölkələr, ocümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistanərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi olan“Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsidir. Bu rəqəmsalinfrastruktur məlumatların ötürülməsində yüksək zolaq genişliyi vəminimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqlaölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkanverəcək.

“AzerTelecom” haqqında

AzerTelecom”Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla topdansatışoperatoru səviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal vədigər xidmətlər təqdim edir. “AzerTelecom” müxtəlif sahələrdə vəölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding”in tərkibindəolan “Azerconnect Group”adaxildir. Şirkət yerli, regional və beynəlxalq istiqamətlərdəsürətlə inkişaf edir, həmçinin cəmiyyətin və İKT sektorunundayanıqlı inkişafını təmin etmək üçün daim qabaqcıl texnologiyalarıvə innovasiyaları tətbiq edir.

“Kazakhtelecom” haqqında

Kazakhtelecom” Qazaxıstanınən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiyaoperatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlıinternet, rəqəmsal televiziya, mobil rabitə və digərtelekommunikasiya xidmətləri təqdim edir.

Trans-Xəzər
Trans-Xəzər
Trans-Xəzər
Trans-Xəzər
Seçilən
70
11
az.trend.az

10Mənbələr