AZ

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 12,5 faiz artıb

Naxçıvan, 6 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında 1 avqust 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 21 min 630 olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12,8 faiz artıb və 589 təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 10,4 faiz artaraq 5999 olub.

Seçilən
46
9
azertag.az

10Mənbələr